Türkiyənin "Dənizlispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Hakan Kutlu çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər mövsümün sonuna anlaşıblar. 49 yaşlı mütəxəssis artıq yeni komandasını ilk məşqə də çıxarıb.
 
Hakan Kutlu baş məşqçi postunda ötən gün istefaya göndərilən Yalçın Koşukavakı əvəz edib. O, son olaraq 2019/20 mövsümündə "Girəsunspor"u da çalışdırıb.
 
Xatırladaq ki, Hakan Kutlu 2009/10 mövsümündə də "Dənizlispor"da baş məşqçi işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest