Türkiyənin "Trabzonspor" klubu ekvadorlu hücumçusu Stiven Plaza ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
21 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu anlaşmaya əsasən, Türkiyə klubu legionerinə heç bir təzminat ödəməyəcək.
 
Stiven Plaza 2020-ci ilin avqustundan "Trabzonspor"da çıxış edirdi. Ekvadorlu futbolçunun Super Liqa klubu ilə müqaviləsinin müddəti 2022-ci ilin mayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest