Futbol üzrə Fransa çempionatında 22-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.
 
Lider PSJ bu tur çərçivəsində səfərdə "Loryan"ın qonağı olub və məğlubiyyətə üzülüb. 4-cü sırada qərarlaşan "Monako" "Nant" ilə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.
 
çempionluq uğrunda mübarizə aparan "Lill" komandası bu turda "Dijon"u minimal hesabla məğlub edərək vahid liderliyi ələ keçirib.
 
Fransa Liqa 1
22-ci tur
29 yanvar
 
Lion – Bordo 2:1
Qol: Ekambi, 32. Dubois, 90+2 – Kalu, 55.
 
30 yanvar
 
Monpelye – Lans 1:2
Qol: Vahi, 78 – Dukure, 7. Kakuta, 67.
 
Marsel – Renn matçı təxirə salınıb
 
31 yanvar
 
Nitsa – Sent-Etyen 0:1
Qol: Abi, 88.
 
Anje – Nim 3:1
Qol: Kapelle, 20. Kulibali, 35. Dioni, 55 – Ripar, 41-pen.
 
Brest – Mets 2:4
Qol: Honorat, 33. Kardona, 47 – Bulaya, 36. Sarr, 73. Yade, 81. Vaqner, 87-pen.
 
Loryan – PSJ 3:2
Qol: Abergel, 36. Vissa, 80. Moffi, 90+1 – Neymar, 45-pen; 58-pen.
 
Strasburq – Reyms 0:1
Qol: Kutesa, 80.
 
Lill – Dijon 1:0
Qol: Y.Yazıçı, 29.
 
Nant – Monako 1:2
Qol: Emond, 83 – Maripan, 45. Folland, 60.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest