Futbol üzrə İtaliya A Seriyasında yanvar ayının ən yaxşı oyunçusu məlum olub.
 
Matc.az xəbər verir ki, "Cenoa"nın hücumçusu Mattia Destro ötən ayın ən yaxşısı seçilib.
 
Bu barədə İtaliya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Hücumçu ötən ay iştirak etdiyi 5 oyunda 5 qolla yadda qalıb.
 
"Cenoa" A Seriyasında 20 turdan sonra 14-cü pillədə qərarlaşıb. Destro isə cari mövsümdə 16 çempionat oyununda 9 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest