İtaliyanın "Kalyari" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi qanalı qol cinah müdafiəçisi Kvadvo Asamoanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. O, "Kalyari"yə azad agent statusunda keçib.
 
Peşəkar karyerasına "Udineze"də başlayan Asamoa, daha sonra uzun müddət "Yuventus"un uğurları üçün çalışıb. 2018-ci ildən isə o, "İnter"də forma geyinirdi. Lakin ötən ilin oktyabrında bu klubdan ayrılan Qana yığmasının üzvü özünə yeni iş yeri axtarırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest