"Qalatasaray" 2020/21 mövsümünün geridə qalan hissəsi üçün sifariş ərizəsini Türkiyə Futbol Federasiyasına təqdim edib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçisi Omar Elabdellauini mövsümün qalan hissəsi üçün sifariş etməyib.
 
Xatırladaq ki, Mərakeş əsilli norveçli müdafiəçi dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət almışdı. Bu üzdən oyunçunun müalicəsi hələ də davam edir. Bu üzdən də Elabdellauinin adı komandanın iştirak ərizəsindən çıxarılıb. Klub bununla bağlı açıqlama da yayıb. Xəbərdə bildirilir ki, qərarla bağlı futbolçunun özü ilə müzakirə aparılıb və onun müalicəsinin daha vacib olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Omar Elabdellaui 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest