Fransanın PSJ klubunda koronavirus şoku yaşanır.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisinin gənclər komandasında koronavirusa yoluxma halları qeydə alınıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə PSJ-nin U-17 və U-19 komandalarında koronavirusa 9 yoluxma faktı aşkarlandığı diqqətə çatdırılıb. Bu üzdən də koronavirusa yoluxma hallarının daha da artmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülüb.
 
Bunlardan biri də Paris təmsilçisinin məşq bazasını bağlamaq olub. Bazanın fevralın 11-dək fəaliyyət göstərməyəcəyi bildirilib. Son qərar təkrar testlərin nəticəsindən sonra veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest