Fransanın "Nim" klubu baş məşqçisi Jerom Arpinonu istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Komanda müvəqqəti olaraq Paskal Plankeyə tapşırılıb.
 
Arpinon bu mövsümün əvvəlindən "Nim"ə rəhbərlik edirdi. Onun çalışdırdığı kollektiv bu mövsüm meydana çıxdığı 22 oyunda cəmi 15 xal toplaya bilib. Komanda 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest