Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalı çərçivəsində bu gün "Qarabağ"la cavab oyununa çıxan "Qəbələ" iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, meydan sahibləri ilk yarıdaca iki futbolçunun zədələnməsinə üzülüb.
 
Belə ki, qapıçı Anar Nəzirov və müdafiəçi Vinko Medimoreç ilk hissənin sonlarında xəsarət alıb. Bu üzdən də baş məşqçi Elmar Baxşıyev fasilədə onları əvəzləmək məcburiyyətində qalıb. Medimoreçin yerinə Yurgen Qoxa, Nəzirovun yerinə isə Tərlan Əhmədli meydana buraxılıb.
 
Qeyd edək ki, ilk oyunda 1:3 hesabıyla uduzan "Qəbələ" evdə də 0:3 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest