Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Matc.az xəbər verir ki, sonuncu oyun günündə baş tutacaq qarşılaşmalardan sonra bütün yarımfinalçılar müəyyənləşib.

öncə Gəncədə yerli "Kəpəz" "Keşlə" ilə qarşılaşıb. Bakıda baş tutan ilk matçda 0:1 hesabı ilə uduzmuş gəncəlilər bu məğlubiyyətin əvəzini çıxa bilməyiblər. Əksinə, səfərdə daha inamlı qələbə qazanan paytaxt klubu yarımfinala yüksəlib.

Mərhələnin son görüşü "Zirə" ilə "Neftçi" arasında baş tutub. İlk matçda rəqibinə minimal hesabla uduzan "ağ-qaralar"ın dönüş edib-edə bilməyəcəyi maraqlı gözlənilirdi. Bu dəfə qapılara qol vurulmayıb. Nəticədə, sonuncu yarımfinalçı "Zirə" olub.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. 

Beləliklə, yarımfinalda "Qarabağ" "Sumqayıt"la, "Keşlə" isə "Zirə" ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları

7 fevral

"Кəpəz" – "Keşlə" 0:2
Qol: R.Hacıyev, 58. A.Abanq, 90.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu.
Gəncə şəhər stadionu.
İlk oyun – 0:1.

Kəpəz: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 7. Ruslan Süleymanov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 5. Nika Baçaliaşvili.
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 97. Emil Qasımov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 27. Hikmət Verdiyev, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev.
Baş məşqçi: Yaşar Vahabzadə.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 9. Anatole Abanq, 14. Turan Vəlizadə.
Baş məşqçi: Sənan Qurbanov.

"Zirə" – "Neftçi" 0:0
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun – 1:0.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. ömər Buludov, 20. Mert çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest