Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
 
Matc.az xəbər verir ki, sözügedən mərhələ Bundesliqanın iki köklü klubu "Borussiya"ların dueli ilə əlamətdar olacaq.
 
Belə ki, Dortmund və Münhenqladbax "Borussiya"ları yarımfinala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparacaq.
 
Digər cütlər aşağıdakı kimidir. 
 
Qeyd edək ki, Almaniya kubokunda 1/4 final görüşləri martın 2-3-də baş tutacaq.
 
Almaniya kuboku
1/4 final
 
Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund)
 
Rot-Vays Essen - Holştayn
 
Yan Regensburq – Verder
 
Leypsiq - Volfsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest