Futbol üzrə çexiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Libereç"lə qarşılaşıb. Futbolçumuzun komandası dörd qolun qeydə alındığı matçdan məğlubiyyətlə ayrılıb – 1:3. Nəticədə "Viktoriya" kubokda mübarizəni dayandırıb.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest