İtaliya çempionu "Yuventus" daha bir itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Artur sıradan çıxıb.
 
Sağ ayağından zədələnən braziliyalı futbolçu komandanın son məşqlərində də iştirak etməyib. Arturun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Onun çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 18-də keçiriləcək "Portu" ilə oyunda da iştirak etməyəcəyi vurğulanıb.
 
Komandanın digər zədəliləri – Paulo Dibala və Leonardo Bonuççinin də A Seriyasının növbəti turunda keçiriləcək "Napoli" ilə oyunu buraxacağı, lakin "Portu" ilə matça hazır olacaqları bildirilir.
 
Qeyd edək ki, sabah keçiriləcək "Napoli" – "Yuventus" oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest