"Sumqayıt" Azərbaycan Premyer Liqasında 15-ci turun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, kapitan Vurğun Hüseynov və Cabir Əmirli zədə, digər müdafiəçi Cəmaləddin Xocaniyazov isə cəza səbəbindən bu gün keçiriləcək matçda iştirak etməyəcək. "Dənizçilər"in heyətində isə itki yoxdur. (Report)
 
Qeyd edək ki, "Sumqayıt" - "Səbail" görüşünə saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest