İspaniyanın "Real" klubunun zədəli futbolçusu Eden Hazard yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır.
 
Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Zinəddin Zidan məlumat verib.
 
O, belçikalı futbolçunun məşqə başladığını və vəziyyətində müsbət irəliləyişlərin olduğunu bildirib. Zidanın sözlərinə görə, 30 yaşlı futbolçu gələn həftədən etibarən komanda ilə birlikdə məşqlərə qoşula biləcək.
 
Sol ayağından zədələnən Hazard bir müddətdir yaşıl meydanlardan kənarda idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest