Andrea Pirlonun baş məşqçi olduğu komanda 12 oyunda qalib gəlib, 6-da heç-heçə edib, 3 dəfə məğlub olub. Son ölkə çempionu rəqiblərindən bir oyun az keçirib.

İtaliya çempionu "Yuventus" A Seriyasının cari mövsümündə antirekorda imza atıb.
 
Matc.az xəbər verir ki, ölkə çempionatının 22-ci turu səfərdə "Napoli"yə 0:1 hesabı ilə uduzan komanda 42 xal toplayıb. 
 
Bununla da Turin təmsilçisi son 9 mövsümdəki ən pis nəticəsini göstərib. Sonuncu dəfə komanda 2011/12 mövsümündə belə pis göstərici ilə yadda qalmışdı.
 
Andrea Pirlonun baş məşqçi olduğu komanda 12 oyunda qalib gəlib, 6-da heç-heçə edib, 3 dəfə məğlub olub. Son ölkə çempionu rəqiblərindən bir oyun az keçirib.
 
Qeyd edək ki, "Yuventus" hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb. Turin klubu lider "İnter"dən 8 xal geridədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest