Argentinalı mütəxəssis komandanın yarımmüdafiəçisi Marko Verratti haqda müsbət fikirlər də səsləndirib: "Veratti oyunu çox yaxşı oxuyur. Hücumları müvəffəqiyyətlə həyata keçirə bilmək üçün yol açmağa imkan verir. Çox çalışır və hücumda dəqiqlik yaradır. O, əla oyunçudur.

"Hər oyunda müdafiə ilə hücum arasında tarazlıq tapmağa çalışırıq, amma yaxşılaşmaq üçün işləməyə davam etməliyik. Cəmi 40 gündür PSJ-də işləyirəm və hələ də oyunumuzu tapa bilməmişik". Matc.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Maurisio Poçettino çempionlar Liqasının 1/8 finalında səfərdə "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
 
"Oyundan və nəticədən məmnunam, amma burnumuzu yuxarı qaldırmamalıyıq. Bazar günü "Monako" ilə matçımız var və artıq bu görüşü düşünürük" - deyə, o bildirib.
 
Argentinalı mütəxəssis komandanın yarımmüdafiəçisi Marko Verratti haqda müsbət fikirlər də səsləndirib: "Veratti oyunu çox yaxşı oxuyur. Hücumları müvəffəqiyyətlə həyata keçirə bilmək üçün yol açmağa imkan verir. çox çalışır və hücumda dəqiqlik yaradır. O, əla oyunçudur.
 
Cavab qarşılaşması bizi gözləyir. Hələ 90 dəqiqə irəlidədir və əla oyunçular var. Rəqibimizə hörmət edirik. "Barselona" güclü futbolçuları olan möhtəşəm klubdur. Bu cür nəticələrdən sonra belə hesabı öz xeyirlərinə dəyişə bilərlər. İkinci görüşü gözləyəcəyik".
 
Poçettino qarşılaşmada het-trik edən Kilian Mbappe ilə arasındakı maraqlı dialoq haqda da danışıb: "Matçdan əvvəl Kilian mənə "Kamp Nou"da neçə dəfə qazandığımı soruşdu. Mən isə "sadəcə 1 dəfə" deyə cavab verdim. Mbappe isə "sabah 2 olacaq" dedi və oldu. O, yaşının az olmasına baxmayaraq, hazırda dünyanın ən yaxşı oyunçularından biridir".
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest