İtaliya çempionu "Yuventus"un qapıçısı Canluici Buffon cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Təcrübəli qapıçı A Seriyasının 13-cü turunun "Parma" ilə oyunu (4:0) zamanı təhqiredici ifadələr işlətdiyi üçün 5 min avro məbləğində cərimələnib. Bir mövsümdə ikinci dəfə tanrını söyən futbolçuya bir oyunluq cəza da verilib.
 
43 yaşlı qolkiper bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest