İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İsmael Bennaser zədələnib.
 
Bu barədə komandanın baş məşqçisi Stefano Pioli İtaliya mətbuatına açıqlamasında deyib.
 
O, Avropa Liqasının 1/16 final mərhələsində "Srvena Zvezda"ya (Serbiya) qarşı keçirilən səfər matçında (2:2) Bennaserin zədələndiyini bildirib.
 
23 yaşlı futbolçu A Seriyasının 23-cü turu çərçivəsində, fevralın 21-də keçiriləcək "Milan" - "İnter" matçında forma geyinə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest