Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
 
Matc.az xəbər verir ki, UEFA tərəfindən açıqlanan siyahıda "Tottenhem" (İngiltərə), "Reyncers" (Şotlandiya) və "Molde" (Norveç) klublarından hərəyə iki futbolçu yer alıb.
 
çexiyanın "Slaviya", Ukraynanın "Dinamo", İngiltərənin "Arsenal", Niderlandın "Ayaks" və İspaniyanın "Vilyarreal" klubları isə hərəyə bir futbolçu ilə təmsil olunub:
 
Qapıçı: Andreas Linde ("Molde");
 
Müdafiəçilər: Aleksander Ba ("Slaviya", Praqa), Aleksandr Sirota ("Dinamo", Kiyev), Kiran Tirni ("Arsenal");
 
Yarımmüdafiəçilər: Rayan Kent ("Reyncers"), Dele Alli ("Tottenhem"), Devi Klassen ("Ayaks"), Eyrik Andersen ("Molde");
 
Hücumçular: Jerar Moreno ("Vilyarreal"), Alfredo Morelos ("Reyncers"), Karlos Vinisius ("Tottenhem").
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest