"Şəfa" klubu Misli Premyer Liqasındakı debüt mövsümü öncəsi heyətində genişmiqyaslı təmizliyə başlayıb.
"Şəfa" klubu Misli Premyer Liqasındakı debüt mövsümü öncəsi heyətində genişmiqyaslı təmizliyə başlayıb.
Matc.az xəbər verir ki, Zaur Həşimovun baş məşqçi təyin olunmasından sonra Bakı təmsilçisi növbəti futbolçuları ilə yollarını ayırdığını rəsmən elan edib.
Müdafiəçi Seymur Rəhimov, yarımmüdafiəçi Elvin İsmayılov və hücumçu İbrahim Əliyevlə başa çatan müqavilələr yenilənməyib.
Bununla da paytaxt klubunun yay fasiləsində vidalaşdığı oyunçuların sayı 9-a yüksəlib. Debütant daha öncə Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzadeh ilə də yolları ayırmışdı.
Heyəti tamamilə yeniləməyi hədəfləyən "Şəfa" transfer bazarında da aktivdir. Klub artıq Murad Musayev, Coşqun Diniyev, Arsen Ağcabəyov və Məmməd Hüseynov kimi təcrübəli oyunçuları heyətinə qatıb.













