Albaniyanın "Partizani" klubunun futbolçusu Teofilus Solomon həbs edilib.
 
Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu küçədə mübahisə etdiyi sevgilisini döydüyü üçün polis tərəfindən saxlanılıb. Bu barədə "Panorama Sport" nəşri məlumat yayıb.
 
Bir neçə gündür həbsxanada olan Solomon apellyasiya şikayəti verib. Məhkəmə hücumçunun şikayətini qismən təmin edib və o, təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.
 
Solomon 300 min avro məbləğində cərimələnib və o, bu pulu beş gün ərzində ödəməlidir.
 
Nigeriyalı hücumçu bu mövsüm "Partizani"də 17 oyuna 5 qol vurub. Solomonun adı qış transfer pəncərəsi dövründə "Neftçi" ilə hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest