Martın 9-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - Azərbaycan matçı üçün açıqlanmış hakim təyinatlarında dəyişiklik edilib.
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, çoreskudakı "Futzal Arena"da baş tutacaq matçda polşalı Dominik çipinskini Belçikadan olan Yasin Alageyk əvəzləyəcək. Bununla bağlı UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
 
Qeyd edək ki, sabah keçiriləcək oyuna saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest