Futbol üzrə Azərbaycan millisinin Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.
 
Matc.az xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.
 
Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nadyerdei" stadionunda keçirilməsinə qərar verib.
 
Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest