Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiəçisi Yunes Belhanda ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli qaydada xitam verilib. Mərakeşli oyunçunun klubla sözləşməsinin müddəti yayda başa çatacaqdı.
 
Belhandanın "Qalatasaray"dan qovulmasına onun bir neçə gün öncə klub rəhbərliyini tənqid edən açıqlamalar verməsi səbəb olub. "Sarı-qırmızılar" futbolçunun klubun imicinə zərər vurduğunu əsas gətiriblər, həmçinin onun daha öncə də müqaviləyə və intizam qaydalarına zidd davranışlarıyla diqqət mərkəzinə düşdüyünü vurğulayıblar.
 
Yunes Belhanda 2017-ci ildən "Qalatasaray"da çıxış edirdi. O, İstanbul klubu ilə iki dəfə Türkiyə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest