İsveçrənin SGS şirkəti 2020-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
 
Matc.az xəbər verir ki, bununla bağlı şirkətdən AFFA-ya məktub ünvanlanıb.
 
Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.
 
Lisenziyalaşdırma qrupu 2021-2022-ci il Lisenziyalaşdırma mövsümündə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
 
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest