"Mançester Yunayted" klubunda hücumçu Edinson Kavani ilə bağlı qərar verilib.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" 34 yaşlı hücumçunun müqaviləsini yeniləməyəcək.
 
Bu barədə "Manchester Evening News" portalı məlumat yayıb. Xəbərdə, klub rəhbərliyinin Kavaninin fiziki formasından razı olmadığı və bu səbəbdən futbolçu ilə müqaviləni yeniləməyəcəkləri bildirilib.
 
Kavaninin yayda Argentinanın "Boka Xuniors" klubuna keçəcəyi gözlənilir. Uruqvaylı hücumçu "Mançester Yunayted"lə Premyer Liqada 18 oyuna 6 qol vurub.
 
Kavaninin MY ilə müqaviləsi mövsümün sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest