Futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turunun "Arsenal"la səfər oyunu "Tottenhem"in baş məşqçisi Joze Mourinyo üçün antirekordla əlamətdar olub.
 
Matc.az xəbər verir ki, sözügedən oyun "Tottenhem"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Beləcə, London təmsilçisi cari mövsümdə 9-cu məğlubiyyətini alıb. Bu, Joze Mourinyo üçün antirekorddur. Portuqaliyalı mütəxəssis sonuncu dəfə "çelsi"də, 2015/16 mövsümündə 9 məğlubiyyətlə üzləşmişdi.
 
Mövsümün qalan hissəsində "Tottenhem" daha bir məğlubiyyətlə üzləşsə, Mourinyo bir mövsüm ərzindəki məğlubiyyətlərin sayına görə mütləq antirekorda imza atacaq.
 
Qeyd edək ki, "Tottenhem" hazırda 28 oyuna topladığı 45 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest