Türkiyənin "Fatih Karagümrük" klubu baş məşqçisi Şenol Can ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Həm futbolçu, həm də məşqçi kimi üç mövsümdür komandaya xidmət edən gənc mütəxəssisə təşəkkür edilib.
 
Qeyd edək ki, "Fatih Karagümrük" bu mövsüm Super Liqada keçirdiyi 29 oyuna 41 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest