Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və "Neftçi" klubunun bugünlərdə müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.
 
Matc.az xəbər verir ki, görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb, Bakı Olimpiya Stadionunda 2019-cu ilin may ayında UEFA Avropa Liqası turnirinin final oyununun təşkil olunduğu, bu il isə UEFA Avro-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest