Türkiyənin "Qalatasaray" klubu qapıçısı Fernando Musleranın müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Uruqvaylı qapıçı İstanbul təmsilçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb.
 
Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. 34 yaşlı futbolçu bu komandada 300-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest