"Zirə"nin hücumçusu Klesio Bauk Mozambik millisinə dəvət alıb.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu ölkəsinin millisinin Afrika Millətlər kubokunun seçmə mərhələsində Ruanda və Kabo-Verdeyə qarşı keçiriləcək görüşləri üçün heyətə salınıb.
 
Mozambik millisi martın 22-də Ruanda ilə səfərdə, 30-da isə evdə Kabo-Verde ilə qarşılaşacaq. Kabo-Verde yığmasına "Qarabağ"ın futbolçusu Patrik Andrade dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest