Futbol üzrə Azərbaycan milli komandasının və İngiltərənin "Vulherhempton" klubunun hücumçusu Renat Dadaşov ağır zədədən sonra kollektiv məşqlərə başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Klubun sosial şəbəkə hesabında gənc forvardın məşqdən fotosu paylaşılıb və bu sözlər qeyd olunub: "Renat Dadaşovun zədədən sonra necə bərpa olunduğunu görmək xoşdur".
 
Qeyd edək ki, 22 yaşlı hücumçu hazırda U-23 komandası ilə məşq edir.
 
Renat Dadaşov ötən ilin sentyabrında axill vətəri qırıldığı üçün əməliyyat olunmuşdu. Həmin vaxt o, İsveçrənin "Qrashopper" klubuna yenicə icarəyə verilmişdi. Lakin məhz bu zədə səbəbindən onun bu komandadakı karyerası qısa sürmüşdü.
 
Dadaşovun "Vulverhempton"la 2023-cü ilin yayına qədər müqaviləsi var. O, bu komandaya 2019-cu ildə Portuqaliyanın "Eştoril" klubundan transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest