Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Mariupol"la qarşılaşıb. "Minay" bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətində meydana çıxıb. Anatoli sonadək mübarizə aparıbsa, Rüstəm isə 67-ci dəqiqədə əvəzlənib.
 
"Minay" 19 turdan sonra 14 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest