İspaniya milli komandasının sabiq futbolçusu Xabi Alonso Almaniyada çalışa bilər.
 
Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssis yeni mövsümdən Mönhenqladbax "Borussiya"sında baş məşqçilik edə bilər.
 
Bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə, "Borussiya" rəhbərliyinin komandanın "sükanı arxasına" Alonsonu gətirmək istədiyi bildirilib. Artıq tərəflərin bütün məsələlərdə razılığa gəldiyi qeyd olunub.
 
Alonso hazırda İspaniyanın "Real Sosyedad" klubunun B komandasını çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv 3-cü divizionda liderdir.
 
"Borussiya"nı hazırda Marko Roze çalışdırır. O, yeni mövsümdən Dortmund "Borussiya"sında baş məşqçilik edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest