Futbol üzrə İtaliya milli komandası daha bir ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, yığmanın hücumçusu Moyze Kin zədələnib.
 
Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məluamt yayıb. Əzələsindən zədə alan Kin artıq yığmanın düşərgəsini tərk edib.
 
Fransanın PSJ klubunda çıxış edən 21 yaşlı hücumçu bu mövsüm 33 oyuna çıxıb, 17 qola imza atıb.
 
İtaliya yığmasında bundan əvvəl yarımümdafiəçilər Jorjinyo və Brayan Kristante də zədə səbəbindən düşərgəni tərk etmək məcburiyyətində qalmışdı.
 
İtaliya millisi Dç-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Şimali İrlandiya (ev), 28-də Bolqarıstan (səfər), 31-də isə Litva ilə (səfər) qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest