28 Mart 2021, 07:32
DÇ-2026
Onun zərbəsindən sonra serbiyalı müdafiəçi topu qapı xəttinin içərisindən çıxarıb. Ronaldo və komanda yoldaşları topun qapı xəttini keçdiyini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib.
Dç-2022-nin seçmə mərhələsinin millimizin yer aldığı A qrupunda keçirilən Serbiya – Portuqaliya matçının sonunda gərginlik yaşanıb. Matc.az xəbər verir ki, qonaqların kapitanı Kriştiano Ronaldo matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə qol vursa da, hakim bunu qeydə almayıb.
Onun zərbəsindən sonra serbiyalı müdafiəçi topu qapı xəttinin içərisindən çıxarıb. Ronaldo və komanda yoldaşları topun qapı xəttini keçdiyini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib. Bu qərardan qəzəblənən Ronaldo hakimə sərt şəkildə etiraz edib və buna görə də sarı vərəqə ilə cəzalandırılıb. 36 yaşlı futbolçu bundan sonra kapitan sarğısını yerə çırpıb və final fitindən əvvəl meydanı tərk edib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.