21 Noyabr 2026, 18:07
FUTBOL
Afrika Futbol Konfederasiyası (CAF) Canni İnfantinonun FIFA prezidentliyinə yenidən namizədliyini dəstəkləyib. Matc.az xəbər verir ki, bu barədə CAF-ın Abucada keçirilən Baş Assambleyasında qərar verilib. Təşkilatın prezidenti Patris Motsepe bildirib ki, konfederasiyanın 54 üzv assosiasiyasının hamısı İnfantinoya dəstək göstərib.
İnfantino isə FIFA-nın inkişaf proqramı çərçivəsində üzv assosiasiyalara ayrılan maliyyənin növbəti dörd il ərzində 8 milyon dollardan 25 milyon dollara yüksəldilməsini təklif edib.













