21 Noyabr 2026, 18:02
FUTBOL
“Qalatasaray”ın heyətində zədə problemi yaşayan futbolçuların son durumu bəlli olub. Matc.az xəbər verir ki, Davinson Sançes və Uğurcan Çakır müalicədən sonra komanda ilə məşqlərə qoşulublar.
Roland Sallai və İsmail Yakobsun müayinəsi zamanı əzələlərində orta dərəcəli zədələnmə və qanama aşkarlanıb. Hər iki futbolçunun müalicəsinə başlanılıb.
Viktor Osimhen isə əməliyyatdan sonra fizioterapevtlərin nəzarəti altında fərdi bərpa prosesini davam etdirir.













