Futbol üzrə Serbiya yığmasının Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı start heyətində bəzi sürprizlər gözlənilir.
 
Matc.az xəbər verir ki, Serbiya mətbuatı baş məşqçi Draqan Stoykoviçin son oyunlarla müqayisədə Bakıda meydana fərqli start heyəti buraxacağını yazır.
 
Serb həmkarlarımız komandanın müdafiə xəttində ciddi problemlər olduğunu yazır. Onların fikrincə, İrlandiya (3:2) və Portuqaliya (2:2) ilə oyunlarda buraxılan 4 qol bu komandanın arxa xəttindəki problemlərin əsas göstəricisi sayıla bilər. üstəlik, Kristiano Ronaldonun vurduğu, lakin hakimlərin saymadığı qol da diqqətdən kənarda qalmamalıdır. Bu azmış kimi, Nikola Milenkoviçin Portuqaliya ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşməsi də millimizin rəqibində işləri çətinləşdirib.
 
Bu üzdən Stoykoviçin həm müdafiədə, həm də qapı xəttində dəyişiklərə əl atacağı istisna olunmur. Məsələn, Portuqaliya ilə bərbad çıxışı ilə seçilən qapıçı Marko Dmitroviçin ehtiyatda qalması, onu Predraq Raykoviçin əvəz etməsi gözlənilir.
 
Heyətdəki problemlərlə əlaqədar baş məşqçinin Bakıda 4-4-2 taktikasından yararlanacağı ehtimal edilir. Belə olan halda müdafiənin cinahlarında Filip Mladenoviçlə Milan Qayiç çıxış edəcək, mərkəzdə isə Stefan Mitroviçlə yanaşı Strahinya Pavloviç mübarizə aparacaq.
 
Yarımmüdafiənin cinahlarında Filip Kostiçlə Nemanya Radonyiçin yer alması gözlənilir. Kapitan Duşan Tadiçlə Sergey-Milinkoviç Saviç ənənəvi olaraq orta xəttdə mübarizə aparacaq. Hücumda isə baş məşqçi Duşan Vlahoviç və Aleksandar Mitroviçə güvənəcək.
 
Serbiya yığmasının millimizlə oyunda ehtimal olunan start heyəti:
 
4-4-2: Predraq Raykoviç - Milan Qayiç, Stefan Mitroviç, Strahinya Pavloviç, Filip Mladenoviç - Sergey Milinkoviç-Saviç, Nemanya Radonyiç, Filip Kostiç, Duşan Tadiç - Duşan Vlahoviç, Aleksandr Mitroviç.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest