Dç-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində İngiltərə ilə qarşılaşacaq Polşa yığması ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Polşa millisinin hücumçusu Robert Levandovski sıradan çıxıb.
 
Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu zədə səbəbindən İngiltərə ilə matçı buraxacaq.
 
Qeyd edək ki, Polşa yığması martın 31-də səfərdə İngiltərə milli komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest