"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.
 
Matc.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.
 
28 yaşlı futbolçu start heyətdə yer alıb və 61-ci dəqiqədə - komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.
 
Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlib.
 
Mozambik yığmasının heyətində isə "Zirə"nin hücumçusu Klesio Bauk sözügedən matçda iştirak edib. Bauk, qarşılaşmanın 70-ci dəqiqəsində meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest