"Qarabağ" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin hücumçusu Mahir Emreli sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mahir Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda (1:2) zədələnib.
 
Milli komandanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Mahir Emrelinin sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.
 
Həkimlərin ilkin diaqnozuna görə, Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest