Şotlandiyanın "Reyncers" klubunun 5 futbolçusu cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, Qlazqo təmsilçisində Natan Patterson, Bonqani Zunqu, Kalvin Bassi, Dapo Mebude və Bryan Kinner koronavirus qaydalarını pozduqları üçün 6 oyunluq cəza alıb.
 
Bu barədə Şotlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Futbolçular fevral ayında koronavirus qaydalarına məhəl qoymayaraq, gizli partidə iştirak etmişdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest