Futbol üzrə çexiya 2-ci divizionunda 16-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Hradeç Kralove" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
 
16 turdan sonra 22 xala malik "Viktoriya" 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest