Azərbaycanın güləş üzrə yığma komandaları növbəti təlim-məşq toplanışına start verib.
 
Matc.az xəbər verir ki, Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir. 
 
Aprelin 19-25-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və mayın 6-9-da Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.
 
Aprelin 10-dək davam edəcək hazırlıq prosesi haqqında ətraflı məlumat daha sonra ictimaiyyətin diqqətinə çatdırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest