09 Aprel 2021, 22:57
DÖYÜŞ NÖVLƏRİ
Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmuş taekvondo üzrə Avropa çempionatı davam edir.
Matc.az xəbər verir ki, üçüncü yarış günündə - sabah daha üç idmançımız mübarizəyə qatılacaq.
Söhbət Fəridə Əzizova (67 kq), Ayxan Tağızadə (74 kq) və Milad Beigi Hərçəqanidən (80 kq) gedir.
Qadın idmançımız Fəridə Əzizova startda Natalia Yuleva (Belarus) - Elin Yohansson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Ayxan Tağızadənin ilk rəqibi Atman Butuyak (Fransa) olacaq. Millimizin liderlərindən olan Milad Beigi Hərçəqani isə David Simek (çexiya) - Aleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, ilk iki yarış günündə mübarizəyə qoşulan idmançılarımızdan yalnız Minayə Əkbərova bürünc medal qazana bilib.