Liqa 1 istisna olmaqla, bütün top-liqalar FİFA rəhbərliyində islahatlar aparmağa çağırış etməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Bildirilir ki, Premyer Liqa, Bundesliqa, La Liqa və A Seriyası Beynəlxalq Futbol Federasiyasında islahatların aparılması ilə bağlı birgə bəyanat yayacaq. Bu addımın məqsədi daha müstəqil nəzarəti təmin etmək və qərarların qəbulunda maraqlı tərəflərə, o cümlədən liqalara əhəmiyyətli rol verməkdir.
Bununla belə, çempionatların FİFA rəhbəri Canni İnfantinonun istefasını tələb edib-etməyəcəyi hələlik məlum deyil.
Top-liqaların bu mövqeyi FİFA-nın millilərin təqvimi ilə bağlı yürütdüyü siyasətdən narazılıqla əlaqələndirilir. Oyunların sayının artması və milli komandaların turnirlərinin genişləndirilməsi ehtimalı aparıcı liqalarda ciddi narahatlıq doğurur.
Xatırladaq ki, 2024-cü ilin noyabrında FİFPro, Avropa Klublar Assosiasiyası və La Liqa Avropa Komissiyasına FİFA əleyhinə birgə şikayət ünvanlamışdılar.







_1790281476.jpg)





