Almaniyanın “Ştutqart” klubu yarımmüdafiəçisi Orel Manqala ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Belçikalı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Ona 22 milyon avro transfer qiyməti qoyulub.
 
Manqala 2017-ci ildən “Ştutqart”ın uğurları üçün çalışır. O, bir mövsüm icarə əsasında “Hamburq”da da çıxış edib. 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində çıxdığı 27 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest