Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Yunanıstan doğma meydanda Moldova yığması ilə qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. 
 
Nəticədə Yunanıstan yığması ilk xalını qazanıb. Millimizin qrup liderliyini təmin etdiyi 3-cü qrupda ikinci pillənin sahibi aprelin 13-də keçiriləcək Moldova - Slovakiya görüşündə müəyyənləşəcək. Bu komandalar arasında Bratislavada baş tutmuş oyunda 4:4 hesabı qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest